İsraildə Ali Məhkəmənin tarixi iclası

İsrail Ali Məhkəməsinin bütün 15 hakimi Baş nazir Benyamin Netanyahu hökumətinin parlamentin qəbul etdiyi qanuna qarşı apellyasiya şikayəti iclasında iştirak edəcək. Bütün hakimlərin belə iclasda iştirakı ölkə tarixində bir ilk kimi qeyd olunacaq. Məhkəmə islahatlarının bir hissəsi kimi qəbul edilən torba qanun layihəsinə ölkə daxilində ciddi etirazlar var.

Ali Məhkəmə hökumətin qəbul etdiyi bəzi qərarları ləğv etmək üçün konstitusiya səlahiyyətinə malikdir. Lakin parlamentdə bu səlahiyyəti məhdudlaşdıran qanun qəbul edilib və indi bu qanunun ləğvi üçün iclas olacaq. Bildirilir ki, ölkə tarixində ilk dəfə dinləmələrə genişləndirilmiş nümayəndə heyəti rəhbərlik edəcək.

Netanyahu və hökumətinin həyata keçirdiyi məhkəmə dəyişiklikləri İsraildə görünməmiş böhrana səbəb olub. Cəmiyyətdə dərin parçalanmalar yaradan təşəbbüs həm də iqtisadiyyatı çətin vəziyyətə salıb və Qərb müttəfiqlərinin narahatlığını artırıb.

Parlamentdəki 120 yerdən 64-nə nəzarət edən Netanyahunun koalisiyası, Ali Məhkəməni cilovlamaq üçün məhkəmə dəyişikliklərinin zəruri olduğunu müdafiə edir. Müxalifət deyir ki, dəyişikliklər icra hakimiyyəti üzərində effektiv nəzarəti aradan qaldıracaq və hakimiyyətdən sui-istifadəyə gətirib çıxaracaq.