İsraildə aksiyalar zamanı 40 nəfər saxlanılıb

İsrail polisi müxalifətin kəskin etirazına səbəb olan məhkəmə islahatının birinci hissəsini parlamentin təsdiqləməsindən sonra ölkədə başlayan etirazlar zamanı ümumilikdə 40 nəfəri saxlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hazırda kütləvi nümayişlərin davam etdiyi Təl-Əvivdə 15 nəfər tutulub. 

Ölkənin bəzi bölgələrində etirazçılar avtomobillərin hərəkətini dayandırmaq üçün magistral yollara çıxırlar. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən su şırnaqlarından istifadə edirlər.

Qeyd edək ki, islahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.