İsrail yenidən qaçqın düşərgəsinə hücum etdi - Ölənlər var

İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail qüvvələri qaçqın düşərgəsinə hücum edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

 Basqın nəticəsində 7 fələstinli öldürülüb, bir neçə nəfər yaralanıb. 

Təl-Əvivin məlumatına görə, hərbi əməliyyatın məqsədi terrorçuları məhv etmək olub. Fələstin tərəfi bildirir ki, ölənlər arasında müəllim və həkim də var.