İsrail etiraz aksiyaları və İsrailin ölkədəki diplomatik missiyalarına hücum cəhdlərindən sonra təhlükəsizlik səbəbindən Türkiyədəki bütün diplomatlarını geri çağırıb.
Toplum TV AFP-yə istinadən xəbər verir ki, bu qərar etirazçıların səfirin paytaxt Ankaradakı iqamətgahına və İstanbuldakı konsulluq binasına basqın etməyə cəhd etməsindən sonra verilib.
Rəsmilər diplomatların geri çağırılmasının siyasi səbəblərdən daha çox təhlükəsizliklə əlaqədar olduğunu bildiriblər. Adı açıqlanmayan mənbə AFP-yə deyib: "Bu, qısa müddət üçün nəzərdə tutulan müvəqqəti tədbirdir".
Təl-Əvivin digər Yaxın Şərq ölkələrindəki diplomatları üçün də oxşar addımlar atmağı düşündüyü bildirilir.
Bu həftənin əvvəlində İsrailin Milli Təhlükəsizlik Şurası Türkiyədəki bütün israilliləri tez bir zamanda ölkəni tərk etməyə çağırmışdı.
İsrailin İstanbuldakı konsulluğu xaricdə israillilərə qarşı artan “terror təhdidləri”ni əsas gətirərək xəbərdarlıq səviyyəsini ən yüksək, dördüncü səviyyəyə qaldırıb.
İsrail Türkiyədəki bütün diplomatlarını geri çağırıb