İsrail Rəfahda təcili yardım maşınını hədəf alıb

Qəzzanın Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşını vurduğunu və hadisə nəticəsində 2 tibb işçisinin şəhid olduğunu açıqlayıb.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, qatil İsrail ordusunun Rəfahın qərbindəki Tel əs-Sultanda Əbu əl-Səid kəsişməsində yaralı və ölüləri çıxarmaq üçün gedən təcili yardım maşınlarından birini vurduğu bildirilib. 

Açıqlamada, hücum nəticəsində təcili yardım maşınında olan tibb işçiləri Heysem Tubasi və Süheyl Hassunenin şəhid olduğu qeyd edilib.