İsrail rejimi Qəzzada Fatimeyi-Zəhra məscidini bombaladı, onlarla insan öldü

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalında yerləşən məscidə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrailin Qəzzanın şimalındakı Fatimeyi-Zəhra məscidinə hücumu nəticəsində ölənlərin sayı 10-dan 16-ya yüksəlib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, qurbanlar arasında azı 10 uşaq var.