İsrail ordusu itkilərinin sayını açıqladı

2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 571 nəfər itki verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, fevralın 15-də Xan Yunisdə silahlılarla toqquşmalarda bir əsgər həlak olub. Eyni ərazidə daha 8 döyüşçü yaralanıb.

Bununla da Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 571-ə çatıb.