İsrail Livanın sərhəd bölgəsinə hücum edib: 5 ölü

Fələstin Xalq Cəbhəsi Baş Komandanlığının 5 üzvü sionist rejimin Livanın Suriya sərhədi yaxınlığındakı Beka bölgəsindəki qərargahlarına həyata keçirdiyi hava hücumunda şəhid olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin Xalq Azadlıq Cəbhəsi Baş Komandanlığından verilən açıqlamada, sionist rejimin Livanın Suriya sərhədi yaxınlığındakı Beka bölgəsindəki qərargahlarına gecə saatlarında hava hücumu təşkil etdiyi bildirilib.

Hücumda Fələstin Xalq Cəbhəsi Baş Komandanlığına aid 5 nəfərin şəhid olduğu, 10 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, Livanın Beka bölgəsində yerləşən Fələstinin Qurtuluş Xalq Cəbhəsi Baş Komandanlığının uzun illərdir həm Livanda, həm də Suriyada qərargahı var.