İsrail Knessetində "Degel Ha Torah" MK-lərdən ravvin Dov Lando və Sarel Hirşin ardınca bu dəfə daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Marqi və dini işlər naziri Mixail Malkieli baş nazir Binyamin Netanyahuya istefa ərizələrini təqdim ediblər.
Bu nazirliklərə rəhbərlik edən və ultraortodoksal “Şas” partiyasını təmsil edən şəxslər partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa verirlər.
Daxili siyasi münaqişə dini ali təhsil müəssisələrində təhsil alan tələbələrin hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunun qəbulu ilə bağlı yaranan problemlər fonunda baş verib.
Qeyd edək ki, “Şas” partiyasının nümayəndələri həmçinin səhiyyə naziri, əmək naziri və kənd təsərrüfatı nazirinin müavini vəzifələrini də tutur.
İsrail daxilində siyasi gərginlik: Bu dəfə nazirlər istefa verdi