İslamda “Mərcəiyyət” prinsipi 5-ci hissə - Hədisin sənədinin araşdırılması
Hədisi Şeyx Səduq öz ustadı Muhəmməd bin Muhəmməd bin İsam Kuleynidən, o da, Muhəmməd bin Yəqub Kuleynidən və o, İshaq bin Yəqubdan nəql edir. Həmçinin Şeyx Tusi bir qrup ustadlarından nəql edir ki, şeyx Mufid də onlardan biridir. Bunlar da Muhəmməd bin Quləveyhdən və digərlərindən, onlar Muhəmməd bin Yəqub Kuleynidən, o da İshaq bin Yəqubdan rəvayət edir. Hədisin sənədində yeganə şübhə İshaq bin Yəqubdadır. Çünki Rical alimləri rical kitablarında bu şəxsin barəsində söz açmayıblar. Hədis kitablarında da, yalnız bir hədisi var, o da qeyd olunan toqi və məktubdur. Bu baxımdan, xüsusilə Şeyx Kuleyninin “Kafi” kitabında bu hədisi nəql etməməsi, bu şəxsin etibarının üzərinə kölgə salır. Alimlər hədisin sənədini müsbət dəyərləndirmək üçün müxtəlif arqumentlərdən istifadə ediblər. Onlardan birini burada qeyd edirik: Şeyx Kuleyni bunu birbaşa İshaq bin Yəqubdan rəvayət edir. İshaq bin Yəqub ya çox fasiq və yalançı bir şəxs olmalıdır ya çox böyük şəxsiyyət. Çünki belə bir iddia düz olmazsa, bu böyük töhmət, yalan və xəyanətdir. Düz olarsa, İshaqın böyük bir şəxs olmasına və İmam (ə) yanında olan ehtiram və əzəmətinə dəlalət edir. Xüsusi ilə də İmamın (ə.f) məktubun əvvəli və sonunda onu mədh etməsini nəzərə aldığımız zaman bu məsələ aydın olur. Bu şəxs şübhəsiz yalançı ola bilməz. Çünki Şeyx Kuleyni bu məktubu vasitəsiz olaraq ondan rəvayət edir. Şeyx Kuleyni hədis nəql etməkdə çox həssas bir şəxs olubdur, belə ki, Muhəqqiq Naini (r.ə) kimi böyük bir şəxs Kafi kitabının sənədinə irad tutanları acizlər adlandırıbdır. Xüsusilə belə bir məzmunlu hədis fiqhi hədislərlə müqayisə ediləsi deyil. Əgər bu şəxs yalançı və fasiq bir şəxs olsaydı, şübhəsiz Şeyx Kuleyni onun hədisini xüsusilə belə bir məzmunlu hədisini rəvayət etməzdi. Ən azı budur ki, bu şəxs mühüm bir şəxs olmasa belə, Şeyx Kuleyni o məktuba etimad etmədən onu yazmazdı. Deməli bu məktub İmam Zamanın (ə.f) məktubudur və İmam zaman (ə) da İshaqı təsdiq və mədh edir. Hər iki halda həm İshaq bin Yəqub etibarlı bir şəxs kimi hesab edilir həm də, müqəddəs məktub etibarlı sayılır. Nəticədə bu hədisin İmamdan (ə) sadir olmasına yəqin etmək mümknüdür. Amma Şeyx Kuleyninin bu hədisi Əl-kafi kitabında gətirməməsinin bir neçə ehtimalı vardır. Həmin zaman, ciddi təqiyyə zamanı idi. İmamın naibləri ciddi şəkildə İmamın əmin-amanlığını qorumalı idilər. Başqa bir tərəfdən də, Kuleyni Kafi kitabı, yazıldıqdan dərhal sonra sürətlə alimlər və camaat arasında yayılmağa başladı. Belə ki, Bağdad hadisələrində şiə kitabların aradan getməsinə baxmayaraq, hazırda dünyanın müxtəlif kitabxanalarında bu kitabın 1600-dən çox əl yazma nüsxəsi mövcuddur. Bundan əlavə bu ehtimal da vardır ki, Şeyx Kuleyni bu nüsxəni sonralar görüb. O zaman kitab yazılıb qurtardıqdan sonra, o kitabın etibarını qorumaq üçün, ona heç bir şey əlavə etmirdilər. Ola bilsin Kuleyni bu nüsxəni “Kafi” kitabını yazıb tamamladıqdan sonra əldə edib yaxud İshaqdan əxz etdiyi üçün onu “Kafi”-yə daxil etməyibdir.
İslamda “Mərcəiyyət” prinsipi 5-ci hissə - Hədisin sənədinin araşdırılması
Hədisi Şeyx Səduq öz ustadı Muhəmməd bin Muhəmməd bin İsam Kuleynidən, o da, Muhəmməd bin Yəqub Kuleynidən və o, İshaq bin Yəqubdan nəql edir.
Həmçinin Şeyx Tusi bir qrup ustadlarından nəql edir ki, şeyx Mufid də onlardan biridir. Bunlar da Muhəmməd bin Quləveyhdən və digərlərindən, onlar Muhəmməd bin Yəqub Kuleynidən, o da İshaq bin Yəqubdan rəvayət edir.
Hədisin sənədində yeganə şübhə İshaq bin Yəqubdadır. Çünki Rical alimləri rical kitablarında bu şəxsin barəsində söz açmayıblar. Hədis kitablarında da, yalnız bir hədisi var, o da qeyd olunan toqi və məktubdur. Bu baxımdan, xüsusilə Şeyx Kuleyninin “Kafi” kitabında bu hədisi nəql etməməsi, bu şəxsin etibarının üzərinə kölgə salır.
Alimlər hədisin sənədini müsbət dəyərləndirmək üçün müxtəlif arqumentlərdən istifadə ediblər.
Onlardan birini burada qeyd edirik:
Şeyx Kuleyni bunu birbaşa İshaq bin Yəqubdan rəvayət edir. İshaq bin Yəqub ya çox fasiq və yalançı bir şəxs olmalıdır ya çox böyük şəxsiyyət. Çünki belə bir iddia düz olmazsa, bu böyük töhmət, yalan və xəyanətdir. Düz olarsa, İshaqın böyük bir şəxs olmasına və İmam (ə) yanında olan ehtiram və əzəmətinə dəlalət edir. Xüsusi ilə də İmamın (ə.f) məktubun əvvəli və sonunda onu mədh etməsini nəzərə aldığımız zaman bu məsələ aydın olur.
Bu şəxs şübhəsiz yalançı ola bilməz. Çünki Şeyx Kuleyni bu məktubu vasitəsiz olaraq ondan rəvayət edir. Şeyx Kuleyni hədis nəql etməkdə çox həssas bir şəxs olubdur, belə ki, Muhəqqiq Naini (r.ə) kimi böyük bir şəxs Kafi kitabının sənədinə irad tutanları acizlər adlandırıbdır. Xüsusilə belə bir məzmunlu hədis fiqhi hədislərlə müqayisə ediləsi deyil. Əgər bu şəxs yalançı və fasiq bir şəxs olsaydı, şübhəsiz Şeyx Kuleyni onun hədisini xüsusilə belə bir məzmunlu hədisini rəvayət etməzdi.
Ən azı budur ki, bu şəxs mühüm bir şəxs olmasa belə, Şeyx Kuleyni o məktuba etimad etmədən onu yazmazdı. Deməli bu məktub İmam Zamanın (ə.f) məktubudur və İmam zaman (ə) da İshaqı təsdiq və mədh edir.
Hər iki halda həm İshaq bin Yəqub etibarlı bir şəxs kimi hesab edilir həm də, müqəddəs məktub etibarlı sayılır.
Nəticədə bu hədisin İmamdan (ə) sadir olmasına yəqin etmək mümknüdür.
Amma Şeyx Kuleyninin bu hədisi Əl-kafi kitabında gətirməməsinin bir neçə ehtimalı vardır. Həmin zaman, ciddi təqiyyə zamanı idi. İmamın naibləri ciddi şəkildə İmamın əmin-amanlığını qorumalı idilər. Başqa bir tərəfdən də, Kuleyni Kafi kitabı, yazıldıqdan dərhal sonra sürətlə alimlər və camaat arasında yayılmağa başladı. Belə ki, Bağdad hadisələrində şiə kitabların aradan getməsinə baxmayaraq, hazırda dünyanın müxtəlif kitabxanalarında bu kitabın 1600-dən çox əl yazma nüsxəsi mövcuddur. Bundan əlavə bu ehtimal da vardır ki, Şeyx Kuleyni bu nüsxəni sonralar görüb. O zaman kitab yazılıb qurtardıqdan sonra, o kitabın etibarını qorumaq üçün, ona heç bir şey əlavə etmirdilər. Ola bilsin Kuleyni bu nüsxəni “Kafi” kitabını yazıb tamamladıqdan sonra əldə edib yaxud İshaqdan əxz etdiyi üçün onu “Kafi”-yə daxil etməyibdir.
Ardı var…