İşgəncə ilə üzləşən siyasi məhbus xəstəxanaya köçürülüb: vəziyyəti ciddi, ağır olaraq qalır

Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalıb. Vəziyyətinin ağırlaşması səbəbindən iyulun 14-də siyasi məhbus Pentesir Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Bir gün sonra, iyulun 15-də atası ilə görüşən Arif Balaşov gördüyü mənzərədən dəhşətə gəlib. Çox çətinliklə ayaq üstə durmağa çalışan Ceyhunun işgəncə görməsi onun simasında aydın sezilib. Müalicə Mərkəzin rəisi və idarənin bir neçə rəsmi şəxsləri əhatəsində olan Ceyhun Balaşov qısa görüşlə məhdudlaşdırılııb. Lakin elə 15-də həyat yoldaşı ilə zəngi zamanı Ceyhun aydın söyləyib ki, o kürdəxana Təcridxanasında işgəncələrə, fiziki təzyiqə məruz qalaraq döyülüb.
Ceyhun Balaşov fevralın 2-də həbs edilib. Ölkədə anti-şiə, Aşura əleyhinə İsrail layihəsi çərçivəsində gerçəkləşən həbslər Müsəlman Birliyi Hərəkatı üzvü olan Ceyhun Balaşovu da günahsız qurbanlar sırasına qoşub. Saxlanılan zamandan istintaq dövrünə qədər olan müddəti o Şüvəlan təcridxanasında keçirib. Kürdəxanaya Ceyhun iyulun 2-də gətirilib. Bir gün sonra inanclı ailəsi ilə əlaqə saxlayıb və ona lazım olan şeyləri yanına gətirilməsini istəyib.
İyulun 4 -ü oğlu Arif Balaşov atası ilə görüşmək üçün təcridxanaya gəlir. Rəsmi qaydalara müvafiq olaraq Ceyhunun karantində olması səbəbindən onlar şüşə arxasından görüşüblər. Arif atasının vəziyyətinin o zaman yaxşı olduğunu söyləyib. Lakin sonrakı günlər Ceyhun Balaşovun evə zəng vurmaması ailədə ciddi narahatlıq yaradıb. İyulun 9 da Lənkəran Ağır Cinayətlər Məhkəməsində video formatda Ceyhunun ilk açılış məhkəməsi keçirilib. Şübhəsiz Ceyhunun məhkəmə iclasında narkotiklə bağlı bütün iddihamların qurama olması ilə çıxışı, nəticədə ona fiziki güc tətbiq edilməsinə gətirib çıxarıb. Özünün də söylədiyinə görə “nadzorlar” tərəfindən döyülən siyasi məhbusun sonrakı günlərdə də vəziyyətində ağırlaşmalar artan temp üzərindən davam edib.
Son olaraq iyulun 14-də səhhətində ciddi problemlərin şiddəti səbəbindən Kürdəxana təcridxanası siyasi məhbusun kökürülməsi ilə bağlı göstəriş verir. Balaşov müalicə mərkəzinə köçürülür. İyulun 15-də atası ilə müalicə mərkəzində görüşən oğlunun təssüratları ağrılı olub: “11 gün idi ondan heç bir məlumat ala bilmirdik, çox narahat idik. Ona görə də israrla təcridxana rəhbərliyindən tələb edirdik ki, onunla görüşək, sağ olduğuna əmin olaq. Çünki ciddi şübhələrimiz vardı. Onu görəndə yerimdə donub qaldım. Atam ayaq üstə çətinliklə dayanırdı. Onu günlərlə ac saxladıqları aydın görünürdü. Atamı o qədər döyüblər ki, bədənində işgəncə izləri qalır. Qolunun ağrısından dayana bilmir. Düşünürük ki, qolunu sındırıblar. İnsan olan kəs insana qarşı elə davranmaz. İnanclı adamı narkotiklə şərləməkləri bir yana, bunu bir insana necə etmək olar axı?!”
Hadisə ilə bağlı rəsmi dairələr hər hansı bir mövqe nümayiş etdirməsələr də, hadisə ictimayyət tərəfindən ciddi narahtlıqla qarşılanıb. Vandallıq aktı Müsılman Birliyi Hərəkatı tərəfindən kəskin qınanlıb. Hadisənin hüquqi həlli hərəkat tərəfindən tələb olunur.