İraq İslami Müqavimətindən İsrailin Eylat limanına pilotsuz təyyarə hücumu

İraq İslami Müqaviməti PUA ilə İsrail rejiminin Fələstinin cənubundakı mövqelərini hədəf aldığını elan edib.

İraq İslami Müqaviməti bu gün səhər saatlarında Fələstinin cənubundakı Ummul Rəş (Eilat) limanında mühüm hədəfə İHA hücumu həyata keçirdiyini açıqlayıb.

İraq Müqaviməti tərəfindən verilən açıqlamada: “İraq İslami Müqaviməti mücahidləri işğala qarşı müqavimət əməliyyatlarını davam etdirir, Qəzzə xalqına dəstək verir və işğalçı rejimin fələstinli mülki şəxsləri, o cümlədən uşaq, qadın və yaşlı fələstinliləri qətlə yetirməsinə cavab verir. Eilat bu səhər İHA ilə həyati bir hədəfi hədəfə aldı.

İşğal və hücumlar dayanana və Qəzza zolağındakı mühasirə tamamilə götürülənə qədər düşmənin  mövqelərini hədəfə almağa davam edəcəyik” bildirib.