İran və Suriya hərbi müqavilə imzalayıb

İran və Suriya müdafiə nazirləri hərbi və müdafiə əməkdaşlığı sazişi imzalayıb.

İslamazeri.com xəbər verir ki, sözügedən müqavilə İran müdafiə naziri general Əmir Xatəminin Suriya səfəri əsnasında və suriyalı həmkarı ilə görüşdükdən sonra imzalanıb.

Müqavilədə iki ölkə arasında hərbi texniki xidmətlərin və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi qeyd edilib.