Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ailə üzvlərinə qarşı təxribat hazırlandığı iddia olunur.
Bu barədə “Azadlıq Qəzeti”nin baş redaktoru Qənimət Zahid sosial media hesabında məlumat yayıb.
Qənimət Zahid iddia edir ki, planın Kərimli ailəsinin yaşadığı məhəllədə xidmət və ticarət sektorunda çalışan şəxslər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. O, konkret olaraq hansı şəxslərdən istifadə ediləcəyini açıqlamayıb.
Q.Zahid iddia edilən planın arxasında prezident İlham Əliyevin dayandığını bildirir.
“Əli Kərimlinin ailə üzvlərinə qarşı əməliyyat planlaşdıranlar nəzərə almalıdırlar ki, Əli Kərimli müxalifətçilyi də, tənqidçiliy də ləyaqətlə və namusla aparır və aparıb.
Əgər Azərbaycan rejimi belə bir murdar əməliyyata qol qoysa, bunun nəticələrini sadalamaq belə istəmirəm”, - Q.Zahid qeyd edib.
O, paylaşımında Əli Kərimlinin siyasi fəaliyyətinə də toxunaraq, ailə üzvlərinə qarşı mümkün addımı yolverilməz hesab etdiyini bildirib.
Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
AXCP sədri Əli Kərimlinin ailə üzvlərinə qarşı təxribat hazırlandığı iddia olunur