“İran və Müqavimət Cəbhəsi ilə Qüdsü azad etmək yolunda sona qədər irəliləyəcəyik”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, HƏMAS hərəkatının üzvü “Bu gün İrandakı qardaşlarımıza deyirik ki, Fələstindəki qardaşlarınız ömürlərinin sonuna qədər möhkəm dayanan mücahidlərdir və bu müqavimət daha da artacaq”- deyərək bəyan edib.

İran İslam Respublikasının Məclis zalında müqavimət mediyasının şəhid ailələri və bir qrup hərbi və milli məmur və deputatların iştirakı ilə müqavimət oxunun media şəhidlərinin anım mərasimi keçirilib. HƏMAS hərəkatının rəsmisi və Fələstinin keçmiş Vəqflər naziri İsmayıl Ridvan bu mərasimdə deyib: “Fələstin bizim kompasımızdır və buna görə də İran müqaviməti və Qüdsü dəstəkləyir. Beləliklə, bu gün İranın sanksiyalar altında olduğunu görürsünüz. Amma İran bizimlə yoluna davam edir. Bu gün biz İrandakı qardaşlarımıza deyirik ki, Fələstindəki qardaşlarınız ömürlərinin sonuna qədər möhkəm dayanmış mücahid döyüşçülərdir. Bu müqavimət günü-gündən artmaqdadır.

Bu gün deyirik ki, hamımız aslan yuvasıyıq. Düşmənlər müqavimətin kökünü kəsmək və onun nüfuzunu aşağı salmaq istəyirdilər, lakin heç vaxt buna nail ola bilməyəcəklər. Qüds bizim və İslam diyarıdır. Şübhəsiz bu belə də qalacaq. Bunun üçün biz işğalçılarla münaqişəyə girəcəyik. Hamımızın silahımız var və Məscidül-Əqsanı qoruyacağıq. Müqaviməti zəiflətməyə çalışan bütün sui-qəsdləri zərərsizləşdirəcəyik. Qələbə qazananda ürəyimiz soyuyacaq”.