İordaniyalılar ABŞ səfirliyi qarşısında Qəzzaya təcavüzü pisləyən kütləvi nümayiş keçirib

Çox sayda iordaniyalı Qəzza əhalisinə dəstək ifadə etmək və sionist rejimin Vaşinqtonun yardımı ilə Qəzzadakı təcavüzünü pisləmək məqsədilə bu ölkənin paytaxtı Ammanda ABŞ səfirliyinin binasına doğru yürüş keçiriblər.

Bu yürüş “İordaniyanın Müqavimət və Müdafiəsinə Dəstək” həmkarlar ittifaqı və partiya birliyinin dəvəti ilə “İordaniyaya qarşı təcavüz, Amerikanın bəzi ərəb ölkələri ilə birgə cinayəti və sionist rejimə mal ixracı üçün hava körpüsünün pislənməsi” adı ilə Ammandakı İbad ər-Rəhman məscidinin qarşısından Amerika səfirliyinə tərəf baş tutub.

Təşkilatçılar vurğulayıblar ki, bu nümayişi keçirməkdə məqsədləri Amerikanın dəstəyi ilə Qəzzada fələstinlilərə qarşı törədilən soyqırımın dayandırılmasını tələb etmək, İordaniya hökumətini Fələstin xalqının Qəzzada sabitliyini dəstəkləmək üçün daha çox tədbir görməyə çağırmaqdır.

Nümayişçilər sionist rejimlə əlaqələrin kəsilməsini və saziş müqavilələrinin ləğvini tələb ediblər, Qəzza zolağında müqavimətə və onun liderlərinə dəstək şüarları səsləndiriblər.

 

İRNA