“İnter” növbəti tur 20-ci çempionluğunu rəsmiləşdirə bilər

İtaliyanın “İnter” komandası gələn tur A Seriyasında çempionluğunu rəsmiləşdirə bilər.

"Unikal" xəbər verir ki, “nerazzurrilər” növbəti - XXXIII turda ikinci pillədə qərarlaşan “Milan”ı məğlub edəcəkləri təqdirdə, liqanın bitməsinə beş tur qalmış qızıl medalları təmin edəcəklər.

Hazırda “İnter” 83 xalla turnir cədvəlinə başçılıq edir, “Milan” isə 69 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “İnter” tarixində indiyədək 19 dəfə İtaliya çempionu adını qazanıb.