Navalny-nin tərəfdarları saxlanıb

Rusiyanın bir neçə şəhərində müxalif siyasətçi Aleksei Navalny-nin tərəfdarları saxlanıb. Bir gün sonra ölkədə prezident Vladimir Putin əleyhinə etirazlar planlaşdırılır. Putin-in yeni prezidentlik müddəti mayın 7-də başlanır.

Navalny 5 may aksiyasına "O bizim çarımız deyil” adını verib. Tərəfdarlarının isə Sankt Peterburq, Çeboksarı, Kemerovo, Tambov, Ryazan, Krasnoyarsk, Krasnodar şəhərlərində saxlandığı bildirilir.

Onların hamısı ictimai toplantı qaydalarının pozulmasında ittiham olunur.

Polis Uralın Yekaterinburq şəhərində isə Navalny-nin regional qərargahında axtarış aparıb, 5 may yürüşünü təbliğ edən vərəqələr müsadirə edilib.

Navalny-nin Volqoqrad şəhərindəki koordinatoru Aleksei Volkov Twitter-də yazıb ki, yerli məktəb şagirdlərinə imzaladılan vərəqlərdə onlar yürüşə qatılacaqları halda ciddi nəticələrlə üzləşəcəklərini bildiklərini yazırlar.

 
Putin 1999-cu ildən ölkəni idarə edir. Opponentləri 18 mart seçkisində saxtakarlığa yol verildiyini, beynəlxalq müşahidəçilər seçicilərin real seçimi olmadığını bildiriblər.

azadliq.org