Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturov həbsi ilə bağlı quruma müraciət etməyib.
Bunu RİA “Novosti”yə açıqlamasında KTMT baş katibinin köməkçisi Valeri Semerikov deyib.
Semerikov Xaçaturovla xidmət məsələləri ilə əlaqədar əlaqə saxladıqlarını, lakin onun kömək üçün KTMT-yə müraciət etmədiyini bildirib: “Həqiqətən belə bir müraciət olmayıb”.
Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti isə Xocalı soyqırımının müəlliflərindən biri olan Yuri Xaçaturovun kömək üçün Rusiya Prezidenti Vladimir Putin və KTMT üzvü olan dövlətlərə müraciət etdiyini iddia edir.
Qeyd edək ki, o, 2008-ci ildə İrəvanda keçirilmiş mitinqlərdə iştirak edən insanlara qarşı keçmiş prezident Robert Köçəryan tərəfindən verilmiş atəş açmaq əmrini icra etməkdə ittiham edilir.
Xocalı cəlladı Putindən kömək istədi

Oxşar xəbərlər