İlham Əliyevin şəklini profil rəsmi etdiyinə görə 30 sutka həbs

AXCP Lənkəran şöbəsinin fəalı Əflatun Səfərov dünəndən Lənkəran Polis Şöbəsində saxlanılıb.

Bu barədə azadliq.info-ya partiyanın yerli təşkilatından məlumat verilib. Əflatun Səfərov polisin qanuni tələbənə tabe olmamamaqda günahlandırılır.

Bu gün məhkəmə qarşısına çıxarılaraq, barəsində İnzibati Xətalar məcəlləsinin 535.1 maddəsi ilə bir ay müddətinə həbs qərarı çıxarılıb. AXCP Lənkəran Şöbəsindən verilən məlumata görə isə həbsin əsl səbəbi onun sosial şəbəkələrdəki fəaliyyətidir. Konkret olaraq feysbuk profil şəklinə “Diktator Əliyev” posterini yerləşdirməsinə görədir.