Martın 11-də saxlanılan İmişli rayonu Həsənli kənd sakini ilahiyyatçı Mansur Vəlişova hökm oxunub. İlahiyyatçı cəmiyyətdə kəskin və tənqidi fikirləri ilə tanınıb. Sosial media üzərindən yayılan videogörüntülərində o hər zaman cəmiyyətin haqqın müdafiəsinə məsul olduqlarını onlara anladaraq hər kəsi bu işdə fəallıq göstərməyə dəvət və israrı ilə diqqət çəkib. Elə həbsinin də məhz tənqidi yanaşma, hakimiyyəti cəmiyyətdə törətdiyi cinayətləri çəkinmədən dilə gətirməsi səbəb olduğu biildirilir. İlahiyyatçı narkotik ittihamı ilə saxlanılaraq məhkəmə önünə çıxarılıb və saxta ittihamlarla məhkəmə onun barəsində 6 il azadlıqdan məhrumetmə cəzası verib.
İlahiyyatçı 6 il müddətinə azadlıqdan məhrum edildi