İki təyyarə havada toqquşdu - ölənlər var

ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarə toqquşub.

Lent.az-ın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

Hadisə nəticəsində 3 nəfər ölüb. Mayami beynəlxalq hava limanının ərazisindəki təlim aerodromundan havaya qalxan təyyarələr havada toqquşub. Xilasedicilər aerodromdan 15  km aralıda hər iki təyyarənin qalıqlarını və 3 nəfərin meyitini aşkarlayıblar.

ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.