MiQ-29 təyyarəsinin qəzaya uğradığı yer müəyyən edilib

Azərbaycan HHQ-yə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğradığı yer müəyyən edilib.
 
Bu barədə "Turan İA" məlumat yayıb.
 
Təyyarə Giləzi və Şurabad qəsəbələri arasındakı ərazidə Xəzər dənizinə düşüb.
 
Bu barədə iyulun 24-də qəzaya uğrayan təyyarənin pilotunun yaxını, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib.
 
Onun sözlərinə görə, təyyarəni dənizdən qaldırıcı kranla çıxaracaqlar. Pilotun taleyi məlum deyil. Qabil Hüseynli hadisə yerinə getdiyini bildirib.
 
Rəsmi qurumlar təyyarənin tapılması haqqında heç bir məlumat yaymayıb.