Məhəmməd bin Salmanın bəyanatları İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri yüksək rütbəli Səudiyyə rəsmisi tərəfindən İsrailə qarşı edilən ən sərt ictimai tənqid olub. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailin Qəzzaya hücumlarını soyqırım adlandırıb və hökumətin bölgədəki hərəkətlərini pisləyib.
Bazar ertəsi ölkəsinin paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısının açılışında çıxış edən bin Salman, İsrailin Fələstinə qarşı hərəkətlərini əksəriyyəti qadın və uşaq olmaqla 150 mindən çox insanı qətlə yetirməsi olaraq sərt tənqid edib. O, şəhidlər, yaralananlar və itkin düşmüş insanlarla nəticələnən bu addımı soyqırım olaraq pisləyib və tamamilə rədd etdiyini bildirib.
“İsrailin günahsız insanlara qarşı cinayət əməllərini davam etdirməsi, Məscidül-Əqsanın müqəddəsliyini pozması və Fələstin Administrasiyasının bütün Fələstin ərazisində mərkəzi rolunu sarsıtması onun Fələstin xalqının qanuni hüquqlarını təmin etmək və regional sülh yaratmaq səylərinə maneədir.”
Bin Salman İsrailin Livan və İrana hücumlarını da tənqid edib. O, Ər-Riyad və Tehran arasında əlaqələrin yaxşılaşması əlaməti olaraq İsraili İran ərazisinə hücumlara qarşı xəbərdar edib. Bin Salmanın açıqlamaları 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına başladığı vaxtdan bəri yüksək səviyyəli Səudiyyə rəsmisinin İsrailə qarşı ən sərt ictimai tənqidlərindən biri olub.
Ər-Riyad rəhbərliyi 1948-ci ildə qurulan İsrail dövlətini tanımır
İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi müharibə başlayandan sonra tamam pozulub.
Səudiyyə Ərəbistanı dəfələrlə bəyan edib ki, İsraillə normallaşma üçün müstəqil Fələstin Dövlətinin yaradılması və Fələstin xalqının öz qanuni hüquqlarını əldə etməsi lazımdır.
Prezident Ərdoğan silah embarqosuna çağırıb
Ər-Riyadda keçirilən sammitdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı ticarət məhdudiyyətləri tətbiq etdiklərini ifadə edərək, Netanyahu hökumətinə Fələstin torpaqlarının işğalının bir bədəli olduğunu hiss etdirəcək bütün konkret və real təklifləri həyata keçirməyə hazır olduğunu bildirib.
Zirvədə Məhəmməd bin Salman ilə prezident Ərdoğanın təkbətək görüşü olduğu bildirilib.
Prezident Ərdoğanın mətbuat katibliyindən verilən açıqlamada, "İsrailin Fələstinə və Livana hücumlarını dayandırmaq üçün müsəlman ölkələrinin birliyi və həmrəyliyi, İsrailin təcavüzünə son qoymaq üçün Birləşmiş Millətlər Təşkilatında Türkiyənin İsrailə qarşı silah embarqosu təşəbbüsü vacibdir" deyib.
İsrail-Həmas müharibəsi
2023-cü il oktyabrın 7-də İsrail və Qəzza zolağında HƏMAS arasında toqquşmalar yenidən alovlanıb.
İsrailə basqın edən Həmas yaraqlıları oktyabrın 7-də həyata keçirdikləri hücumda əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 nəfəri öldürmüş, 250-yə yaxın adamı girov götürmüşdülər. Həmin girovların təxminən yarısı noyabr ayında İsrailin bir həftəlik atəşkəs zamanı saxladığı fələstinli məhbuslarla dəyişdirilərək azad edilib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMGK) dərhal atəşkəs elan etmə qərarına baxmayaraq,İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını və qırğınlarını davam etdirdiyi üçün beynəlxalq qınaqla üzləşib.
Qəzzada səhiyyə rəsmilərinin verdiyi məlumata görə, İsrailin oktyabrın 7-dən bu yana Qəzzada həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 50 minə yaxın fələstinli həlak olub, təxminən 100 min insan isə yaralanıb.
Xarabaya çevrilən Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərmana çatmaq hələ də çox çətindir.
İsrail Cənubi Afrikanın açdığı iddia çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunur.
Məhkəmə, Baş nazir Netanyahu administrasiyasının mayın 6-da işğaldan əvvəl bir milyondan çox fələstinlinin sığındığı ölkənin cənubundakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağa qərar verib.
Səudiyyə Ərəbistanının vəliəhdi: İsrail fələstinlilərə qarşı soyqırım törədir