Türkiyə Azərbaycan Respublikası neftinin sionist rejimə göndərməsini dayandırmalıdır

Türkiyənin "Qüds TV" telekanalının direktoru Nurəddin Şirin Azərbaycan Respublikasından Türkiyə vasitəsilə İsrailə neft göndərilməsinin dayandırılmasının vacibliyini vurğulayaraq deyib ki, İslam ölkələri bu rejimə qarşı birgə hərəkət etməlidir.

“Mən Azərbaycan Respublikasının Türkiyə vasitəsilə sionist rejimə göndərdiyi neftə işarə edirəm. Neft nəqli mümkün qədər tez dayandırılmalıdır. Ola bilər, desinlər ki, beynəlxalq öhdəliklər və sazişlər neft daşınmasının dayandırılmasının qarşısını alır. Lakin bu məqbul bir bəhanə deyil. Mövcud vəziyyət nə olursa olsun, tarixdə misli görünməmiş soyqırımın baş verdiyi bir şəraitdə heç bir İslam ölkəsi bu cür hərəkətlərə göz yuma bilməz. Sionist rejimə neft göndərmək və bu logistik dəstək böyük biabırçılıqdır. Biz Türkiyə müsəlmanları bunu bağışlanmaz biabırçılıq hesab edirik. Müharibə elə bu gün bitsə belə, biz bunu nə bağışlayacağıq, nə də unudacağıq.

İslam ölkələrinin tarixində bir çox biabırçı və rüsvayçı hadisələri qeyd etmək olar. Məsələn, sionist rejimlə münasibətləri normallaşdırmaq, bu rejimlə işgüzar əlaqələr qurmaq və s. Amma soyqırımın qızğın çağında ona gündəlik neft göndərmək bu biabırçılıqların ən böyüyü və ən bağışlanmazıdır.

Türkiyə rəsmiləri sionist rejimlə ticarət əlaqələrini dayandırdıqlarını elan etdikləri kimi Azərbaycan Respublikasından neftin bu rejimə göndərilməsinin qarşısını aldıqlarını da ən qısa zamanda elan etməlidirlər” - deyə, Qüds TV direktoru vurğulayıb.