Husilər işğalçı İsrailə gedən üç gəmini vurdu

Yəmənin Ənsarullah hərəkatı Roza, Vantage Dream və Maersk Seletar ticarət gəmilərinə hücum ediblər.

Operativtv.com Az.rasthaber.com-a xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səri husilərə məxsus “Əl Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Müqavimət qüvvələri “Roza” neft tankerinə və “Vantage Dream” yük daşıyan gəmisinə Qırmızı dənizdə hücum edib. Səbəb kimi hər iki gəminin işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozması göstərilib.

Yəhya Sari bildirib ki, husilərin ABŞ-yə aid olduğunu müəyyən etdiyi Maersk Seletar konteyner gəmisi Ərəb dənizində bir neçə pilotsuz təyyarə ilə hücuma məruz qalıb.