Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin və Livan müqavimət qüvvələrinin işğalçı rejimin təcavüzünə qarşı əməliyyatları davam edir.
Belə ki, Livan Hizbullah Hərəkatı sionist rejimin Dəmir qübbə platformasını idarə olunan raketlə hədəfə aldığını bildirib və eyni zamanda, İzzəddin əl-Qəssam batalyonları Qəzzə zolağının mərkəzində işğalçıların D9 hərbi buldozerini “Əl-Yasin 105” anti-zireh raketlə vuraraq məhv edib.
Livan Hizbullahı sionist rejim ordusunun Ramot Naftali bazasındakı Dəmir qübbə sistemini idarə olunan raketlə hədəfə aldığını və sözügedən raketin birbaşa hədəfə vurulmasına və platformanın məhv edilməsinə səbəb olduğunu açıqlayıb.
Livanın İslami müqavimət döyüşçüləri başqa bir əməliyyatda işğal altındakı Kəfr Şuba yüksəkliyindəki işğalçıların Samaqə kimi tanınan hərbi bazasına raket zərbəsi endiriblər və sözügedən hədəflər birbaşa Hizbullahın silahları ilə vurulub.
Bununla bağlı sionist mediası Nəhariya bölgəsi səmasında bir hədəfin izlənilməsi xəbərini yayıb.
Digər tərəfdən, Livanın rəsmi xəbər agentliyi işğalçı rejimin artilleriyasının bu ölkənin cənubundakı Əl-Nəqurə kəndi ətrafını hədəf aldığını vurğulayıb.
İşğalçı rejim başqa bir hücumda Livanın cənubundakı Ayturun və Marun ər-Rəs kəndləri arasındakı vadidə fosfor bombası ataraq yanğına səbəb olub.
Hizbullahın İsrailə qarşı uğurlu əməliyyatları davam edir