İlkin olaraq hər kəsdə “axı niyə?” sualı formalaşa bilər. Dünyanın ideoloji məktəblərinin İslama uduzması "niyə onlarda bu qədər qorxu yaratması" bəllidir. Ancaq bir neçə səbəb xüsusi qiymətləndirilməlidir:
1. Dünya güclərinin bəşərin idarəçiliyində ənənəvi qanunlarla istismar siyasətinin sonu;
Bu gün hər kəs Qəzzada, kiçik bir məntəqədə artıq 35.000 nəfəri ötən dinc insanların qətliamına şahiddir. Bu, eyni halda bütün təbii ehtiyaclarının tükədilməsi, aclıq və susuzluq, dərman və həyati əhəmiyyətli ən zəruri duyulan təlabatların qadağalanması, blokadaya alınması şəraitində gerçəkləşir. Eyni zamanda, beynəlxalq güclərin baş verənlərə seyirçi və müxtəlif bəhanələr uydurması, Ümümdünya Səhiyyə təşkilatı, Dünya Qida Təhlükəsizliyi, Bəşəri Hüquq və Azadlıqlar deyilən orqanların gözü önündə bu qətliam gerçəkləşir. Səbəb bəllidir, bu təşkilatların maraqları qüdrətli dövlətlərin əlində oyuncaq olması, onların isə bu müstəvidə müttəfiq güclərlə dünyada idarəçilik statusunu qorumaq. Bunun üçün nə qədər insanın ölməsi deyil, gücün müttəfiq cəbhəsində qalması tək və lazım olan addımdır.
2. İqtisadi münasibətlərin "güclər" əlində cəmlənməsi;
Əslində yuxarıda qeyd edilən hadisələrin tam formada mövcudluğu bu məsələdə də özünü göstərir. Ancaq bu dəfə təkcə müttəfiq cəbhələrin idarəçiliyi deyil, müsəlman xalqlarını da istismar etməsi bu işdə əsas səbəblər olaraq görünməlidir. Burada incə bir nöqtə xüsusi əhəmiyyət daşıyır. Müsəlman ölkələrində sonsuz təbii sərvətlərin olması təkcə düşmənin gördüyü reallıq deyil. Lakin İslamın təsirdə saxlanılması üçün zəruri olan məsələ büdcənin qorunması və bu gün İslamın zəif göstərilmə səbəbidir. Güclü dövlətlərin qeyri-İslami dövlətlər olması əsas məsələ deyil, əhəmiyyətli olan bu dövlətlərin əsasən müsəlman dövlətlərinin təbii sərvətləri hesabına meqa dövlətə sahib olmasıdır. Öz növbəsində bu, İslamın daima çərçivədə saxlanılması üçün ən zəruri amil sayılır. Əgər maddi artıma yol verilməzsə onun parlaq gələcək haqqında söylədiyi fikirlərin həqiqiliyi də asanlıqla sual altına qoyula bilər. Elə buna görə də bütün İslam coğrafiyası güclərin pəncəsi altına alınması, İslamın həqiqətini ortaya qoymaq üçün ən güclü maniə sayılır.
3. Özünəinamsızlıq sindromu;
Qeydlər zəncirvari yaratdığı mənzərə əqidənin İlahi bağlılığa tam olmayana qədər təsirə düşmə ehtimalını artırmaqda israrlıdır. Bu təsir isə başlıca olaraq özünəinamsızlıq kimi böyük və sonsuz ümidsizliyə yol açan səbəbdir. Dinə görə ən böyük günah ümidsizlikdir. Quran şeytanın insan üzərində qələbəsini başlıca olaraq insanı ümidsizliyə uğratmaqla əlaqələndirir. Günaha təhrik olunan insanın da əsas təsiri budur. O, günah edir, sonra şeytan günahı onun gözündə böyüdür və onda ümidsizlik, Allaha qarşı asilik və onun bağışlanmamaq təhlükəsini reallığa çevirir. Bu isə insanlığın qətli ssenarisidir.
Müsəlman dünyasına, İslam cəmiyyətinə aşılanan əsas təsirdə budur: Bütün institutlar, güclü təşkilatlar, beynəlxaq statuslar onların əlindədir. Bizim bunu bacarma qüdrətimiz yoxdur. Özünəinamsızlığın geniş və ciddi aşılanması müsəlman dünyasını filin islahı misalına çevirib.
Məntiqdə belə bir forma var. Fillər kiçik olanda onları zəncirə vururlar. Zəncirlənmiş bala fil çox cəhd göstərsə də zənciri qıra bilmir. Buna görə də onda yaranan ümidsizlik onun itaət amilinə çevrilir. Sonrakı illərdə fil güclənib on belə zənciri qırmaq gücünə malik olsa da, beynindəki bacarmaram sindromu onu ən itaətkar bir heyvan olaraq özündən qat-qat gücsüzün əsarətinə aldırır.
İslam dünyasına aşılanan ümidsizlik virusu çox dəqiq və xalqların düşüncəsini araşdıraraq tətbiq edilməklə bu günün İslam inanclısını onun həqiqi gücündən uzaqlaşdıraraq əsarətə çəkməkdə israrlıdır.
4. Ailə institutu:
Olduqca çox həssas bir mövzu. Bir yazı deyil, bir kitabın mövzusu olan ailə institutu bu gün dünyada olduğu kimi ölkəmizdə də böyük təzyiq altındadır. Ailə özündə geniş bir məzmun ifadə edir ki, yazının ölçüsünə uyğun olaraq burada bir neçə məqama işarə olunsun.
Real dünyada əhəmiyyətli məsələ ailə institutudur. Ailə deyincə, burada kiçik bir dövlət modeli təsəvvür olunsa, bəlkə başa düşülməsi daha rahat olar. Ailə tərəflərin inam və etibarı, güzəşt və sədaqəti, sevgi və ülfəti ilə yanan bir ocaqdır. Bu ocağın qorunub sönməməsi şərt olduğu kimi, onun faydalı olması da əsasdır. Bu gün dağılan ailələr təkcə iqtisadi və sosial səbəblərlə yekunlaşmır, eyni halda gələcək üçün özündə ehtiva edən faydalılıq dərəcəsinin də şüuraltı ötürülən zərərli fikirlər sayəsində yox olmasına bağlıdır.
Ailə inam üzərində bərqərar olursa inam, əxlaq, iffət, dözüm və sədaqət kimi özəl keyfiyyətlərlə möhkəmlənəcək. İndi siz düşünün, bu günün əyləncə məhsulu olan qadın iffətə bürünərsə, onun bədəninin qazancı təkcə əxlaqsızlıq deyil, gündəlik moda geyimləri, bəzək əşyaları, eyş-işrət, ziynətlər, gözəllik sanonları, estetik və plastik əməliyyatlara qədər neçə-neçə mərkəzlərin işini dayandırar. Yanlış anlaşılmazsa, qadının bütün bu gözəlliklərdən məhrum edilməsi fikri heç kəsin təsdiq etdiyi bir şey deyil. Lakin bu, ailə institutunun daxilində baş verəcəksə, gözəlliklər ailə dəyərlərinin qorunmasına yönələcəksə, bunun böyük rəqəm fərqləri ilə dəyişməsi ağlasığmaz xərcləri (israfı) ortaya qoyur. Bu gün bir günlük toy xərclərini “axı niyə?” sualı ilə özünə ünvanlanan qadın dediyimiz faydalılıq ölçülərini daha aydın görə bilir.
Əlavə olaraq ailə tərbiyəsi, övlad sevgisi, ədəb normativləri bu günün rekord həcmi aşan boşanmaların çatışmamazlığa yol açılan boşluqları sayəsindədir. Narkomaniya, əxlaqsızlıq, spirtli içkilərdən asılılıq ailə institutunun zərbəyə məruz qalması səbəbindən genişlənir.
Bu günün efir məkanı azadlıq arzulayan qadınların boşanma meyilləri, valideyn sevgisindən məhrum uşaqların potensial qatilə çevriləcək psixoloji pozuntuları, elmin arxa cərgəyə düşməsi, əyləncənin önə çəkilməsi, mənəviyyat müqabilində maddi maraqların qabardılması dünya səviyyəsində ailə institutunun dağıdılmasına yönəli siyasətdir.
Təsadüfi deyildir ki, Şərq və Qərb tərəflərinin qarşıdurmasında uduzan Qərbin dəyərlər cəbhəsində özünə haqlılıq donu geydirəcək qadın hüquqları, gender bərabərliyi, cinsi azadlıqlar kimi fikirləri sürətlə tənəzzülə uğrayaraq əsas fərqin məhz qala olaraq ailə institutunun qorunmasında olduğunu görməzdən gəlməyə çalışsa da, həqiqət öz üstünlüyünü qoruyur.
Ardı var...
Hədəf İslamdır 6-ci hissə Fərqlər və üstünlüklər