27 dərəcə isti olacaq

Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskin olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-11, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 21-23 dərəcə isti olacaq.

Aprelin 27-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təxmin edilir.