Ölkədə anti-islam davranışları fonunda rəsmiləşən dini qadağalar getdikcə heç bir kreteriya tanımır. Müxtəlif bəhalər uydurularaq gah ölkədə hicab qadağalanır, gah azyaşlıların məscidə getməsi. Bütün bunlar o qədər qəribə və gülüc bəhanələrlə irəli sürülür ki, ən bəsit baxış belə bütün bunların islama qarşı reperessiyaların həyata keçirməsi üçün icra edildiyini dərk edir.
2010-cu ildən aktiv qadağa xəttinə salınan orta məktəblərdə hicab, güya təhsildə axsamalar yaratmaq bəhanəsi hər il ən yüksək göstəricilərlə ali məktəblərə daxil olan qızların böyük əksəriyyətinin hicablı olması ilə bu iddianı yalanladı.
16 yaşına qədər uşaqların məscidə gəlməsini məqbul bilməyən qanun 10 yaşlı uşaqların cinsi müəyyən olunmayanların konsertinə qatılmasına göz yunması da bu qəbildən olan nifrətin təzahürüdür. İnanclıların “İran cəsusu” adı altında şərlənərək məhkəmədə narkotik ilə ittiham olunmaları isə həqiqətdə ölkənin dini genefonunun bu hakimiyyət tərəfindən hansı təhlükə altına alınmasına növbəti sübutdur.
Məscidlərin “qanunsuz tikili” adı altında sökülməsi, dini simvolların qadağalanması, bəzi dini adların qoyulmasına məhdudiyyət, dini məclislərin yasaqlanması, xalqın sevdiyi ruhanilərin müxtəlif bəhanələrlə ibadətgahlardan uzaqlaşdırılması və sonu görünməyən bir çox özbaşnalıqlar qanunun əli ilə rəsmiləşdirən hakimiyyət hər vəchlə İslamı Azərbaycan kimliyindən çıxarmağa çalışır.
Bu gün Milli Məclisdə qəbul edilən inzibati xətalar məcəlləsinə əlavə də eyni qadağanın davamıdır. Dinin dövlətdən ayrı olduğu bir ölkədə, dini kəbinin heç bir hüquqi dəyərə malik olmadığı bir cəmiyyətdə “azyaşlı” bəhanəsi ilə kəbinə qarşı atılan bu məkirli addım heç şübhəsiz ki, sonrakı mərhələdə kəbinin ümumi qadağasına yol açacaq.
Praktika bunu artıq dəfələrlə göstərib ki, güya hansısa qanun pozuntusu üçün cəza müəyyən edən orqanın əsil hədəfi vuracağı İslama zərbəni ilk olaraq belə məsələlərin arxasında gizlətməsi olur. Sanki efir məkanı cinsi ehtirasa yol açan cinsibazlıqdan əxlaqsızlığa qədər uzanan geniş bir sahəni işqlandıran bu hakimiyyət deyil. Qanunun qəbulu bu kimi halların qarşısını almaq olduğu halda azyaşlıları bəhanə edib yenə inanclılara qarşı qadağa səbəbi uydurmaq bu gün üçün olduqca gülüncdür.
Birmənalı olaraq azyaşlıların dini kəbinə alınması ilə bağlı qəbul edilən maddənin həqiqəti bəlli və bunun arxasında növbəti dini məhdudlaşdırma siyasətinin əks olunduğu aydındır. Yolverilməz olan bu qanunun əsas mahiyyəti növbəti dəfə dinin hədəfə alınmasından başqa bir şey olmayacağı gün kimi aydındır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda təsdiq edilib. Məcəlləyə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilib. Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qəbul olunmuş qanun növbəti anti islam layihəsinin davamıdır