Fransa yaxın zamanda Fələstin Dövlətini rəsmi olaraq tanıyacağını açıqlayıb

Fransa yaxın zamanda Fələstin Dövlətini rəsmi olaraq tanıyacağını açıqlayıb.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” (keçmiş Twitter) hesabında etdiyi paylaşımda bildirib:
“Yaxın Şərqdə ədalətli və daimi sülhə yönəlmiş tarixi öhdəliyimizə sadiq qalaraq, Fransa olaraq Fələstin Dövlətini tanımaq qərarı verdim.”
Makron paylaşımında, Fələstin Dövlət Başçısı Mahmud Abbasa yazdığı məktubdan da hissələrə yer verib. Makron bildirib ki, Fransanın Fələstin dövlətini tanıma qərarı sentyabrda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında rəsmi olaraq elan ediləcək.
Makron bölgədə hazırda ən təcili ehtiyacın Qəzzadə müharibənin dayandırılması və dinc əhalinin xilas edilməsi olduğunu vurğulayıb.
O, dərhal atəşkəsə nail olunması, Həmasın əlindəki əsirlərin azad edilməsi və Qəzzayə geniş miqyaslı humanitar yardımın çatdırılması çağırışını təkrar edib.
Prezident Makron əlavə edib:
"Eyni zamanda Həmas silahsızlaşdırılmalıdır, Qəzza təhlükəsizləşdirilməli və yenidən qurulmalıdır. Nəhayət, Fələstin Dövləti qurulmalı və yaşaması təmin edilməlidir. Həmas silahdan imtina etməli və İsraili tanımaqla, Yaxın Şərqdə hər kəsin təhlükəsizliyinə töhfə verməlidir."
Bununla yanaşı, Fransa və Səudiyyə Ərəbistanı 28–30 iyul tarixlərində keçiriləcək “Beynəlxalq Fələstin Konfransı”na həmsədr olacaq. Bu tədbirdə Fələstin məsələsinin sülh yolu ilə və iki dövlətli həll modeli çərçivəsində müzakirə olunacağı planlaşdırılır.