Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var

Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü axşam “Geo” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstan hadisəni törədənləri ekstradisiya edənə qədər onu bərpa etməyi planlaşdırmır. Kabil rəsmiləri bu fikirdədirlər ki, Pakistan sərhədçilərinə hücumu “Taliban” adı altında naməlum terrorçular” həyata keçirib.