Ermənistan MM yeni baş nazir seçmək üçün toplaşır

Ermənistanda baş nazir seçkisi üçün ilk tur oktyabrın 24-də keçiriləcək.

Bu barədə məlumatı Ermənistan parlamentinin aparatı yayıb.

Qeyd edək ki, bundan öncə Paşinyan istefaya gedib. Nikol Paşinyanın istefasından sonra parlament iki dəfə baş nazir seçə bilməsə, 45 gün ərzində növbədənkənar parlament seçkisi keçiriləcək.