Fələstin İslami Cihad Hərəkatı İsrailin iddialarını rədd edib

Fələstin İslami Cihad Hərəkatı İsrailin iddialarını rədd edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatı öz bəyanatında bu ifadələrə yer verib:

Sionist rejim yalançı iddialarla bu qətlin məsuliyyəti öz üzərindən ata bilməz.

İslami Cihad əleyhinə ittihamlar düşmənə törətdiyi qətlin yükündən yaxa qurtarmağa imkan verməyəcək.

Düşmənin ittihamları yalan iddiadır. Müqavimət onsuz da ictimai ərazilərdən hərbi zona və baza kimi istifadə etmir. Düşmən xəstəxanaların hədəfə alınmasını yalan iddialarla izah etməyə çalışır və bunun məsuliyyətindən qaça bilmir.”.

Digər tərəfdən Netanyahunun sözçüsü Hananya Naftali xəstəxanaya hücumun ilk anında hücumun sionist İsrail tərəfindən törədildiyini etiraf edərək bir tvit paylaşsa da, daha sonra bu tvitini silib və dərhal İslami Cihadı günahlandırıb.