Finlandiya Rusiya qazından imtina

Finlandiyanın “Gasum” dövlət enerji şirkəti Rusiyanın “Qazprom Eksport” şirkətindən boru kəməri ilə qazının tədarükünə dair uzunmüddətli müqaviləni ləğv edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Finlandiya şirkətinin saytında məlumat verilib. Qeyd olunub ki, tərəflər mübahisəni məhkəmənin müəyyən etdiyi müddətdə həll edə bilməyiblər:

“Buna görə də “Gasum” 22 may 2023-cü il tarixində “Qazprom Export” MMC ilə uzunmüddətli təbii qaz tədarükü müqaviləsinə xitam verib”.