Fanatik Yəhudilər Əl-Əqsa məscidinə yürüş edəcəklər

 "Məbəd qrupları" adlanan müxtəlif fanatik yəhudi qrupları birgə yazılı bəyanatında yəhudilərin müqəddəs Hanukka bayramının birinci gününə təsadüf edən dekabrın 7-də axşam saatlarında yürüş keçirəcəklərini açıqlayıblar.

Bəyanatda təxribat xarakterli yürüşün Məscidül-Əqsanın idarəçiliyindən məsul olan Qüds İslam Vəqfləri İdarəsinin “Məscidül-Əqsada idarəçiliyinə son qoymaq” və “Qüdsdə və Məscidül-Əqsada yəhudilərin yenidən tam ixtiyarına verməklə suverenliklə buranın qurulması” məqsədi ilə təşkil ediləcəyi bildirilib.”

Bildirilib ki, sionist rejim polisi tərəfindən icazə verilən yürüş Şərqi Qüdsün Köhnə Şəhərə açılan Dəməşq qapısından Məscidül-Əqsaya doğru davam edəcək.