Ermənistanda itaətsizlik aksiyası başlayıb, İrana gedən yol bağlanıb, 137 nəfər saxlanılıb

Ermənistanda aksiyalar səngimək bilmir. Arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Ermənistan mediasının yaydığı məlumat məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Hadisəyə Ermənistan təhlükəsizlik qüvvələri müdaxilə edib. Keçirilən itaətsizlik aksiyasında 137 nəfər saxlanılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.