Ermənistanda “donuz qripi”ndən daha bir nəfər öldü

Ermənistanda “donuz qripi”ndən ( H1N1) ikinci ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 62 yaşlı kişi “donuz qripi”ndən daha da ağırlaşan ürək-ağciyər çatışmazlığından dünyasını dəyişib. 

 

Xəstənin həkimə gec müraciət etdiyi bildirilir.