"Müraciət edənlərin hələ ki, 16-sında H1N1 virusu aşkarlanıb"
"Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qrip epidemiyası barəsində keçirilən tədbirdə bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı ölkəmizdə H1N1 virusu ilə bağlı son durumu açıqlayıb: "Müraciət edənlərin hələ ki, 16-sında H1N1 virusu aşkarlanıb. Onlar ev şəraitində müalicə olunublar və artıq sağalıblar. Bu sayın daha çox ola biləcəyi barədə isə hələ ki, dəqiq məlumat yoxdur".
Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı açıqlandı

Hande Harmancı H1N1 virusu ilə bağlı peyvənddən də danışıb: "Peyvəndlər hər il dəyişilir. Peyvəndləmə prosesi 6 ay davam edir. Bu peyvəndlər bütün ölkələrdə satılır. Lakin qeyd edim ki, bu peyvəndlərin qoruyuculuq effekti 60 faizdir. Hamilələr, 5 yaşdan kiçik uşaqlar xüsusi risk qrupundadır. Xüsusən də onların peyvəndlənməsinə ehtiyac var. Hər ilin 9-10-cu ayında peyvəndlənməyə ehtiyac var".
O, bu xəstəlikdən qorunmağın yollarından da danışıb: "Bunun üçün gigiyenik normalara əməl etmək, əli üzə bulaşdırmamaq lazımdır".
"Əslində, 16 nəfərdə bu virusun aşkarlanması panika yaratmamalıdır, sizi sevindirməlidir. Ona görə ki, Səhiyyə Nazirliyi bu xəstəliyi nəzarətdə saxlayır, onu izləyir".
Baş epidemioloq İbadulla Ağayev isə bir müddət öncə "donuz qripi"ndən öldüyü iddia edilən idmançı haqqında danışıb: "Bilirsiniz ki, idmançılar risk qrupundadırlar. Həmin idmançının H1N1 virusundan deyil, ağciyərin arteriyal tromboembariyasından dünyasını dəyişdiyi müəyyən olunub".
Oxşar xəbərlər