Tikintinin nə vaxt başa çatacağına gəlincə, Badasyan konkret tarix açıqlamasa da, "tezliklə" deyə bildirib.
Rustam Badasyan əlavə edib ki, iki ölkə arasında nizamlanma prosesi ilə tanış deyil və rəhbərlik etdiyi strukturun funksiyası sərhədlərin açılacağı halda gömrük məntəqəsi hazırlamaqdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu həftənin əvvəlində Ermənistan-Türkiyə nizamlanması prosesinə toxunmuş və etiraf etmişdi ki, indi dialoq prosesində pauza var.
Türkiyə tərəfi bir tərəfdən Ermənistanla dialoqu dayandırmadığını bildirsə də, digər tərəfdən Ermənistan-Türkiyə prosesini daim Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsini imzalanması ilə əlaqələndirir.
Ermənistan Türkiyə ilə sərhəddə postun tikintisinə başlayıb
Hazırda Ermənistan-Türkiyə nizamlanması prosesində nəzərəçarpacaq irəliləyiş olmasa da, Ermənistan Türkiyə ilə sərhəddə Marqara körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsi tikir.
Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) rəhbəri Rustam Badasyan bildirib.
Dövlət rəsmisi qeyd edib ki, hökumət iclaslarında layihənin maliyyələşməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib, aktiv tikinti işləri aparılır.