Çin İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həlli və müstəqil Fələstin dövlətinin yaradılması üzrə beynəlxalq konfrans keçirməyi təklif edir.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar vəziyyətlə bağlı iclasında bildirib.
"Bu həftədə Fələstin fraksiyaları Pekində danışıqlar apararaq, Fələstinin fələstinlilər tərəfindən idarə olunması prinsipinin reallaşması istiqamətində əhəmiyyətli addım olan mühüm konsensus əldə ediblər. Çin müstəqil Fələstin dövlətinin yaradılmasına güclü dəstəyini ifadə edir və iki dövlət prinsip əsasında həllin həyata keçirilməsi üçün vaxt çərçivəsi və yol xəritəsi təyin etmək üçün daha geniş, daha nümayəndəli və effektiv beynəlxalq sülh konfransına çağırır", - deyə o qeyd edib.
Çin Fələstinlə bağlı beynəlxalq konfransın keçirilməsinə çağırış edib