Cibimə narkotiki polis, idarədə qoydu

19 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində MBH üzvü Cavid Allahverdiyevin növbəti məhkəmə prosesi keçirilib. "Məlumat" İA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2 polis əməkdaşı ifadə verib. Şahid Cavidi saxlayarkən onun cibindən "çıxan" bükümdən danışıb:

"Cavid dedi ki, cibindəki narkotiki Papanindən tanımadığı adamdan 500 manata alıb.

Cavid isə bildirib ki, narkotiki onun cibinə polis idarəsində qoyublar.

Məhkəmə zamanı Cavidin anası hakimə onun səsini eşitmədiyini bildirib, hakim isə ananı zaldan qovmaqla təhdid edib.

Cavid Allahverdiyevin həyat yoldaşı Gülsüm xanım Cavidin daim narkomaniyaya qarşı mübarizə apardığını bildirib. O, məhkəmənin gedişindən narazı qaldığını qeyd edib.

Qeyd edək ki, C.Allahverdiyev bu ilin martında dindarların narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində oğurlanıb. O, AR CM-nin 234.4.3 maddəsi ilə ittiham olunub. Növbəti məhkəmə prosesi 2 avqust saat 11:30 -a təyin edilib.