İsrail Livanla sahil zolağını bağladı
İsrail ordusu Livanla sərhəddə yerləşən sahil zonasında qapalı hərbi zona rejiminin tətbiq olunduğunu elan edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
Məlumata görə, sərhəd kəndi Roş Hanikradan Açziv Milli Parkına qədər uzanan sahil zolağında hərbi rejim tətbiq edilib. Həmin iki məntəqə arasındakı məsafə təxminən 5 kilometrdir.













