05 September 2025

Qəzzada ölənlərin sayı 63 633 nəfərə çatdı

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 76 nəfər həyatını itirib.

Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 281 nəfərin yaralandığı da bildirilib.

Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 12 fələstinlinin öldüyü, 90 fələstinlinin isə yaralandığı bildirilir.

Salman Farisi ilə bizim aramızda böyük fərq

Biz Qurana hörmət edirik, lakin onun əmrlərinə bağlı deyilik; halbuki həqiqi mömin dini şəxsi mənfəət və adət-ənənədən üstün tutur və Əmirəl-möminin (ə) buyurduğu kimi, dinə ciddi yanaşır və bütün işlərində onu ön plana çıxarır.

Ayətullah Misbah Yəzdi çıxışında “Möminin prioriteti” mövzusuna toxunub. “Quran dinimizin kitabıdır və biz onu sevirik; lakin bizim davranışımız Salman əl-Farisi kimilərinkindən fərqlidir.

İsrail ordusu Qəzzada HƏMAS-ı bəhanə edərək növbəti hündürmərtəbəli binaya zərbə endirib

İsrail ordusu Qəzzada HƏMAS tərəfindən istifadəsini iddia etdiyi hündürmərtəbəli binaya zərbə endirib.

Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, güya HƏMAS bu binanın altında olan infrastrukturdan İsrail ordusuna qarşı hücumların icrası üçün istifadə edib.

Qeyd edilib ki, binanın altındakı məkanlar israilli hərbçilərə qarşı pusqu və HƏMAS döyüşçüləri üçün qaçış marşrutuna çevrilib.

İsrail Qəzza şəhərinin 40 faizinə nəzarət etdiyini açıqlayıb

İsrail Ordusu Qəzza şəhərinin 40 %-nə nəzarəti ələ keçirib və hücum əməliyyatlarını davam etdirmək niyyətindədir.

"The Times of Israel" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin bildirib.

"Bu gün Qəzza şəhərinin 40 %-ni nəzarətimizdə saxlayırıq. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - o deyib.

Qlobal Sumud Flotilla iştirakçıları: Biz İsrailin təhdidlərindən qorxmuruq

Qlobal Sumud Donanmasının iştirakçısı Həsən Ağacani “İnsanların hərəkətləri Qəzzanın blokadasını qırmağın yeganə yoludur” deyib.

31 avqust 2025-ci il bazar günü 44 ölkədən 70-dən çox gəmi ilə yola çıxan "Qlobal Sumud Donanması" Qəzzanın blokadasını yarmaq, humanitar yardım, qida, dərman çatdırmaq və Fələstin xalqının səsini dünyaya çatdırmaq üçün bu səfərə çıxıb.

Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler də daxil olmaqla, 13 məhbusun azadlığa buraxılması barədə qərar

Aralarında vəzifəsi dayandırılmış Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler də daxil olmaqla, həbs edilən 13 müttəhim haqqında azadlığa buraxılma əmri verilib. İddia Köseler də daxil olmaqla 26 müttəhimə 67 ilə qədər həbs cəzası istəyirdi.

Beykoz Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqında yeni bir hadisə baş verib. Daha əvvəl tenderdə saxtakarlıq, terror təşkilatı yaratmaq və bir üzvü olmaqda təqsirli bilinən bələdiyyə sədri Köseler və daha 12 müttəhim azadlığa buraxılıb.

Ayətullah Yəqubi: Müsəlmanların birliyini gücləndirmək üçün Peyğəmbərin (s) mövludu mərasimləri keçirilməlidir

İraqlı alim Ayətullah Şeyx Məhəmməd Yaqubi dünyadakı nümayəndəliklərinə və ofislərinə bu il Peyğəmbərin (s) mövludunu qeyd etmək üçün böyük və xüsusi bir tədbir təşkil etməyi göstəriş verib.

BRICS üzvü İslam ölkələrinin rəhbərləri ailə strukturunun dağıdılmasını insanlıq üçün təhlükə sayır

BRICS müqaviləsinə üzv olan İslam ölkələrinin dini liderləri ən vacib qlobal məsələlərlə bağlı rəsmi mövqelərini açıqlayan bəyanat yayaraq, sağlam ailə strukturunun pozulmasını gələcəkdə insanlığın qarşısında ciddi təhlükə kimi qiymətləndiriblər.

“Qazprom” və Qazaxıstan Rusiya qazının tədarükünün artırılmasına dair saziş imzalayıb

“Qazprom” şirkəti və Qazaxıstan Şərq İqtisadi Forumu çərçivəsində 2025 və 2026-cı illərdə respublikaya Rusiya qazının tədarükünün artırılmasına dair saziş imzalayıblar.

Bu barədə TASS xəbər verir.

Məlumata əsasən, sənədi “Qazprom”un baş direktoru Aleksey Miller və Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar imzalayıblar.