04 February 2025

Ukraynalılar etiraz aksiyası keçirir

Rovno vilayətində ukraynalılar Belarusla sərhəddəki keçid məntəqələrinə etiraz aksiyalarına başlayıblar.

Bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk məlumat yayıb. 

"Sərhəddə Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq bir neçə ildir ki, Ukrayna xalqını qorxutduğu Belarus ordusunun hərbçiləri yoxdur”, - deyə siyasətçi bildirib.

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasına maneə törədir

İsrailin HƏMAS ilə atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olduğu və gecikdirdiyi açıqlanıb.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin imzaladığı atəşkəs razılaşmasına əməl etmədiyi və atəşkəs çərçivəsində humanitar protokolu gecikdirdiyi bildirilib.

İsveçdə təhsil mərkəzində baş verən atışma nəticəsində 10 nəfər ölüb

İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzində atışma baş verib.

Operativtv APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, atəş açan şəxs ölənlər arasındadır.

Hadisəni törədən şəxsin motivi hələlik məlum deyil.

ABŞ-da Donald Trampa qarşı etiraz aksiyası keçirilib

Amerika Birləşmiş Ştatları (ABŞ) hökumətinin qanunsuz miqrasiya ilə mübarizə siyasətinə etiraz edən minlərlə insan Los-Ancelesdə tarixi Meksika Bazarı ərazisində toplaşaraq 101 avtomagistralına yürüş edib və nəqliyyatın hərəkətini dayandırıb.

Donald Trampa qarşı şüarlar səsləndirən etirazçılar “Əsl günahkar Ağ Evdədir”, “Qonşunu sev, onları deportasiya etmə” yazılmış plakatlar qaldırıblar. Los-Anceles Polis Departamenti (LAPD) etiraz aksiyasının icazəsiz olduğunu açıqlayıb.

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist quru aclığa başlayıb

Gürcüstanda ekstradisiya məqəsdi ilə həbs edilmiş Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb.

Bu barədə onunla telefon danışığından sonra jurnalistin hazırda üçüncü ölkədə yaşayan həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, artıq 136 gündür aclıq edən həyat yoldaşı su və dərman qəbulundan da imtina edib.

Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır

Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri 61 mindən çox fələstinli həlak olub.

Bu barədə Operativtv Report-a istinadən xəbər verir.

Məlumata görə, ölənlərin sayı 61 709 nəfərə çatıb, bir neçə min nəfər itkin düşmüş hesab olunur.

Ölənlər arasında 17 881 uşaq, o cümlədən 214 yeni doğulmuş körpə var.

Qırğızıstan niqabı qadağan edir, tənqidçilər isə narahatdırlar...

Əhalisinin əksəriyyəti müsəlman olan Mərkəzi Asiya ölkələri arasında islam niqabını qadağan edən ən son ölkə Qırğızıstandır.

Fevralın 1-dən qüvvəyə minən qadağaya əsasən, ictimai yerlərdə niqab (bədəni, saçları və gözlər istisna olmaqla üzü örtən uzun geyim) geyinən qadınlara 2 min som (230 dollar) məbləğində cərimə tətbiq ediləcək.

Hz. Zeynəbin (s.ə) hərəmi bağlandı

Bağdad Əl-Yəvm xəbər agentliyinin sözlərinə görə, “Yüksək vəzifəli şəxslər Həzrət Zeynəbin (s.ə) hərəminin bağlanmasını və növbəti xəbərə qədər bu müqəddəs hərəmdə namaz qılınmamasını əmr ediblər”.

İraq media təşkilatı, Hz. O, Zeynəbin (s.ə.) hərəminə dəfələrlə edilən hücumlara görə bağlandığını elan edib.

Bağdadul-Yəvm yazır: “... Zeynəbin (s.ə) hərəmi Suriyada hakim ünsürlərin dəfələrlə hücumları nəticəsində bağlandı”.

Çin ABŞ məhsullarına tarif tətbiq edib

Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib.

Bu barədə Çin Hökuməti bildirib.

Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək.