Əfqan Sadıqovun həyat yoldaşı Gürcüstan hökumət evinin qarşısında etiraz aksiyası keçirib
Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova noyabrın 6-da Tbilisdə hökumət evinin qarşısında etiraz aksiyası keçirib. O, Gürcüstan hakimiyyətini həyat yoldaşını azad etməyə çağırıb.
Sadıqova bildirib ki, həyat yoldaşı qanunsuz həbsinə etiraz əlaməti olaraq 47 gündür aclıq edir. Polis aksiyaya mane olmayıb və hökumətin bir neçə məmuru onu dinləyib.