Hizbullah İsrail ordusunun baza, kazarmaları və silah fabrikini vurdu

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatı İsrailin Fələstin və Livana hücumlarına cavab olaraq 5 noyabr tarixində xeyli uğurlu əməliyyat keçirdiyini açıqlayıb.

Belə ki, məlumata görə, İsrail ordusunun Hermon Briqadasının qərargahı, Doviev kazarması, Haderadakı silah və partlayıcı maddələr fabriki,  Meron Hava Əməliyyatları Bazası raketlə, Naot Mordechai qəsəbəsindəki artilleriya mövqelərini, Marun ər-Ras şəhərinin cənub-şərq kənarında düşmən İsrail ordusu qüvvələrinin toplaşdığı ərazi PUA ilə vurulub.

Livan Müqavimət Hərəkatı  “Cihad 1” və “Cihad 2” raketləri ilə İsrail ordusunun Ramtha məntəqəsi və Maale Golani kazarmalarına hücum videosunu yayıb.