06 February 2024

Niderlandlı qapıçı İngiltərə Premyer Liqasının tarixinə düşdü

“Brentford”un niderlandlı qapıçısı Mark Flekken İngiltərə Premyer Liqasında bu mövsüm məhsuldar ötürmə edən ilk qolkiper olub.

30 yaşlı oyunçu ölkə çempionatının XXIII turunda “Mançester Siti” ilə keçirilmiş matçın 21-ci dəqiqəsində komanda yoldaşı Nil Maupaya qol ötürməsi verib.

Görüş “şəhərlilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Unikal.az

Argentina İsraildəki səfirliyini Qüdsə köçürür

Argentina Prezidenti Xavyer Miley İsrailə səfər edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında paylaşım edib.

"Argentinanın İsraildəki səfirliyinin paytaxt Yerusəlimə köçürülməsini elan etdiyi üçün Argentina Prezidenti Xavyer Mileyə təşəkkür edirəm", - o paylaşımında qeyd edib.

HƏMAS İsrailə məxsus helikopteri vurduğunu bildirir

Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın döyüşçüləri İsrail Ordusunun “Apache” helikopterini raketlə vurmağa müvəffəq olduqlarını deyiblər.

Bu barədə qruplaşmanın Telegram kanalında məlumat yayımlanıb. O, hadisənin Qəzza şəhərinin qərbində baş verdiyini açıqlayıb.

Xatırladaq ki, İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarında “Apache” helikopterlərindən fəal istifadə edir.

Yunanıstanda tələbələr “özəl universitet qanunu”na etiraz ediblər

Hüquq fakültəsini zəbt edən etirazçılar 400-ə yaxın tələbə və universitet işçilərinin binaya daxil olmasına mane olublar.

Yunanıstanda hökumətin özəl universitetlərə icazə vermə planına etiraz olaraq imtahan dövründə hüquq fakültəsini zəbt edən tələbələr polis tərəfindən binadan çıxarılıb və ondan çox adam saxlanılıb. Polisin verdiyi açıqlamada əməliyyatın Gümülcinə şəhərindəki universitet rəhbərliyinin kömək tələbi əsasında həyata keçirildiyi bildirilib.

İstanbul Ədliyyəsi nəzarət-buraxılış məntəqəsinə silahlı hücum: 3 ölü, 6 yaralı

Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya İstanbul Çağlayan Ədliyyəsi qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdində 2 hücumçunun öldürüldüyünü, 3-ü polis olmaqla 6 nəfərin yaralandığını bildirib.

Hadisə ilə əlaqədar meydanın yaxınlığında yerləşən ədliyyə binasının C qapısı bağlanarkən, polis qrupları tərəfindən ədliyyə binası ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb. Hadisədən sonra qaçan hücumçulardan biri yaralı halda yaxalanıb.

Sərhədsiz Reportyorlar ATƏT-i Azərbaycanda mediaya qarşı hücumları pisləməyə çağırır

Sərhədsiz Reportyorlar təşkilatı (RSF) Azərbaycanda 20 noyabrdan başlayan jurnalist həbslərini pisləyib, Azərbaycanda 7 fevral prezident seçkilərini müşahidə edən ATƏT-i də mediaya qarşı hücumları pisləməyə çağırıb.
Sərhədsiz Reportyorlar qeyd edib ki, “bütün müxalifləri susduran” prezident İlham Əliyevin fevralın 7-də yenidən prezident seçiləcəyinə çox da şübhə yoxdur.

DTX inanclı zabitə qarşı təzyiqlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ruslan İbrahimova qarşı təzyiqlər davam etdirilir.

Bu barədə mayon Ruslan İbrahimov Operativ.tv-yə məlumat verib.

O, açıqlamasında bildirib ki, bu gün günorta saatlarında özünü Vüqar Ələkbərov olaraq təqdim edən Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik-leytenant rütbəli zabiti Ruslan İbrahimovun Fövqəladə Hallar Nazirliyindəki otağına daxil olaraq təzyiq göstərməyə başlayıb.

Bəydəmirli prezidentə müraciət edərək barəsində olan cinayət işinə xitam verilməsi üçün göstəriş verilməsini xahiş edib

Həbsdə olan azərbaycanlı iş adamı Nazim Bəydəmirli prezident İlham Əliyevə müraciət edərək, barəsində olan cinayət işinə xitam verilməsi üçün göstəriş verilməsini xahiş edib. Hazırda Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək saxlanılan Bədəmirli ona qarşı işin uydurma olduğunu və heç bir hüquqi əsası olmadığını iddia edir.

Pakistanda deputatlığa namizəd silahlı hücuma məruz qalıb

Pakistanda parlament seçkilərində namizədliyi irəli sürülən Pakistan Xalq Partiyasından olan Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.

Bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, namizəd Sind əyalətinin Mirpur Xas şəhərində bir qrup yaraqlının silahlı hücumuna məruz qalıb.

Qeyd edilib ki, nəticədə xəsarət alan siyasətçi xəstəxanaya çatdırılıb.

ABŞ-da vəziyyət sakitləşmir; 15 qubernator Baydenə etiraz etdi

ABŞ-da sərhəd təhlükəsizliyi mübahisəsinin davam etdiyi Texas ştatının qubernatoru Qreq Abbott 14 respublikaçı qubernatorla mətbuat konfransı keçirərək ABŞ prezidenti Baydenə etiraz edib.

Hindistan səfərindən sonra ABŞ-a qayıdan Texas qubernatoru Abbott federal hökumət və Ali Məhkəmə ilə sərhəd mübahisəsinin yaşandığı Eagle Pass şəhərindəki sərhəd məntəqəsində respublikaçı qubernatorlarla birgə mətbuat konfransı keçirib.