Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya İstanbul Çağlayan Ədliyyəsi qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdində 2 hücumçunun öldürüldüyünü, 3-ü polis olmaqla 6 nəfərin yaralandığını bildirib.
Hadisə ilə əlaqədar meydanın yaxınlığında yerləşən ədliyyə binasının C qapısı bağlanarkən, polis qrupları tərəfindən ədliyyə binası ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb. Hadisədən sonra qaçan hücumçulardan biri yaralı halda yaxalanıb.
Prezident Ərdoğan hücumda yaralananlardan birinin öldüyünü bildirib.
Hadisə yerinə gələn tibb qrupları tərəfindən xəsarət alan polis əməkdaşları və vətəndaşlar xəstəxanaya aparılarkən, xəsarət alan polis əməkdaşlarının ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı keçid məntəqəsinə hücuma cəhd edildiyini bildirib və bu məlumatları paylaşıb:
"Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C Qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi olub. 1-i qadın və 1-i kişi olmaqla 2 hücumçu yaxalanıb, 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Onların sağalmasını arzu edirəm. Baş verənləri ictimaiyyətlə bölüşməyə davam edəcəyik".
Ədliyyə naziri Yılmaz Tunç, İstanbul Çağlayan Ədliyyəsi qarşısındakı təhlükəsizlik məntəqəsinə edilən hücumla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqının bir çox istiqamətdə davam etdiyini bildirdi.
Tunç sosial media hesabındakı paylaşımında Çağlayan Ədliyyəsi qarşısındakı təhlükəsizlik məntəqəsinə edilən silahlı hücumu “şiddətlə qınadığını” bildirib. Tunç hücumun qarşısını alan və iki şübhəlini öldürən polis əməkdaşlarına təşəkkür edib, hücumda yaralanan polis məmurlarına və vətəndaşlara şəfa diləyib.
Yılmaz Tunç, "Hadisə ilə bağlı İstanbul Baş Prokurorluğumuzun başlatdığı məhkəmə istintaqı bir çox istiqamətdə davam edir" deyib.
İstanbul Ədliyyəsi nəzarət-buraxılış məntəqəsinə silahlı hücum: 3 ölü, 6 yaralı