Argentina İsraildəki səfirliyini Qüdsə köçürür

Argentina Prezidenti Xavyer Miley İsrailə səfər edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında paylaşım edib.

"Argentinanın İsraildəki səfirliyinin paytaxt Yerusəlimə köçürülməsini elan etdiyi üçün Argentina Prezidenti Xavyer Mileyə təşəkkür edirəm", - o paylaşımında qeyd edib.

"Times of Israel"in xəbərinə görə, Argentina Prezidenti bu gün İsrail Prezidenti İsaak Hersoqla görüşəcək. Sabah isə Xavyer Mileyin İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi bildirilir. Üç günlük səfəri çərçivəsində Prezident Mileyi Argentinanın xarici işlər naziri Diana Mondino və Prezidentin şəxsi ravvini Şimon Aksel Vahnişi müşaiyət edir.